Bakı Sağlamlıq Mərkəzində Qanköçürmə şöbəsi yaradılacaq
13.10.2020 22:14

Nazirlər Kabineti Bakı Sağlamlıq Mərkəzinin qan bankları siyahısına daxil edilməsinə aydınlıq gətirib.


Aztibb.az xəbər verir ki, müasir zamanda tibbin bir çox sahələrində qan və onun komponetləri əvəzolunmaz müalicə vasitəsi kimi geniş istifadə olunur.

 

Qan xidmətinin dinamik inkişafı olmadan cərrahiyyə, reanimasiya, hematoloji, mamalıq, onkologiya, travmatologiya və s. kimi ixtisaslaşmış tibbi yardım növlərinin fəaliyyətini uğurla həyata keçirmək mümkün deyil. Fövqaladə vəziyyət və müharibə zamanı yaralıların və ziyançəkənlərın kütləvi qəbulu ilə əlaqədar qan xidmətinin rolu xüsusilə artır.

 

Son zamanlar bütün dünyada tibb müəssisələrinin qan komponentlərinə və qan preparatlarına olan ehtiyacları davamlı olaraq artmaqdadır.

 

Səhiyyə Nazirliyinin “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi müasir tələblərə cavab verən çoxprofilli tibb müəssisəsi olmaqla Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının kliniki bazası kimi fəaliyyət göstərir.

 

Həmin tibb müəssisəsinin vaxtında və tam həcmdə təhlükəsiz qan və onun komponentləri ilə təmin olunması üçün orada qan bankının yaradılmasına zərurət yaranıb.

 

Bu zərurəti nəzərə alaraq “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi Qaydası”nın və “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 10 oktyabr 2020-ci il tarixli 384 nömrəli Qərar Baş Nazir tərəfindən imzalanıb.

 

Bu qərara əsasən, Səhiyyə Nazirliyinin “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi tibb müəssisəsində Qanköçürmə şöbəsi yaradılacaq.   

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır