Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə maarifləndirici tədbir və fləşmob təşkil edib
17.06.2023 16:18

İyunun 17-də “Gənclik Mall” Ticarət Mərkəzində Səhiyyə Nazirliyi və nazirliyin 2 nömrəli Bakı Tibb Kolleci tərəfindən Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

 

Nazirlikdən Aztibb.az-a bildirilib ki, tədbirin məqsədi geniş ictimaiyyətin diqqətini təxirəsalınmaz vəziyyətlərdə ilk yardım mövzusuna yönəltmək və maarifləndirməkdir. Kampaniya çərçivəsində arzu edənlərin arterial təzyiqi, nəbzin tezliyi, boy və çəkiləri ölçülüb.

 

Maarifləndirici tədbir vətəndaşların böyük marağına səbəb olub.


Daha sonra 2 nömrəli Bakı Tibb Kollecin tələbələri və könüllülərin iştirakı ilə “İlkin yardım - ikinci həyata addım!” adlı fləşmob təşkil olunub.


Fləşmobda Tibb kollecin tələbələri tərəfindən müxtəlif təxirəsalınmaz vəziyyətlərdə tibbi yardımın göstərilməsi, eyni zamanda, düzgün gigiyena qaydaları əyani olaraq nümayiş etdirilib.


Həmçinin sağlamlıq mövzuzunda viktorina keçirilib.

 

Sonda qaliblər mükafatlandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır