Binəqədi Tibb Mərkəzində konfrans: "Xalqın qurtuluş ümidi - Ümummilli Lider"
15.06.2023 17:30

Binəqədi Tibb Mərkəzində "Xalqın qurtuluş ümidi - Ümummilli Lider" adlı konfrans keçirilib.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, Milli Qurtuluş Gününə həsr olunan tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsini əks etdirən qısa film izlənilib.

 

Tədbiri giriş nitqi ilə açan Binəqədi Tibb Mərkəzinin direktoru Əsədulla Sultanov müstəqillik qazandıqdan sonra xalqımızın çox əziyyətlərə düçar olduğunu, xalqı o çətin günlərdən yalnız Heydər Əliyevin çıxara bildiyini qeyd edib. Direktor Ümummilli Liderin xalqın tələbi ilə çox çətin dövrdə hakimiyyətə gəlişinin ölkədə əmin-amanlığın bərqərar olmasında mühüm rola malik olduğunu və bugünkü inkişaf etmiş Azərbaycanın Ulu Öndərin ən böyük əsəri olduğunu bildirib.

 

Sonra Binəqədi Tibb Mərkəzinin baş həkimi Rafiq Nağıyev çıxış edərək Heydər Əliyevin Azərbaycanı uçurumun kənarından xilas etdiyini vurğulayıb. O, Ulu Öndərin hakimiyyətə gəlişinin xalqımızın qurtuluşunun və mövcudluğunun davam etdirilməsi adına vacibliyini qeyd edib.

 

Daha sonra çıxış edən Binəqədi Tibb Mərkəzinin həkim-otorinolarinqoloqu Gülər Rəhmanova Milli Qurtuluş Gününün hər bir Azərbaycan gənci üçün əlahiddə önəm kəsb etdiyini və bütün Azərbaycan gəncliyinin Ulu Öndərə və onun layiqli davamçısı Prezident İlham Əliyevə minnətdar olduğunu vurğulayıb.

 

Tədbirdə Binəqədi Tibb Mərkəzinin həkim-ginekoloqu Pərvanə Salmanova Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın beynəlxalq miqyasda öz sözünü deyən bir ölkə olduğunu və Prezident İlham Əliyev tərəfindən Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırıldığını bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev