Qaraciyərin piylənməsinə səbəb olan əsas amillər hansılardır? Hepatoloq AÇIQLADI
16.06.2023 09:28

Tərkibində bir çox qatqılar əlavə edilmiş yarımfabrikat qidaların, “fast food” yeməklərinin, spirtli içkilərin, hərəkətsizlik, yaşayış mühiti və yaxud çalışdığınız işin qaraciyərin piylənməsinə səbəb ola bilər.

 

Bu barədə Aztibb.az-a Diaqnoz Tibb Mərkəzinin həkim-hepatoloqu Tofiq Əkbərov məlumat verib.
 


Onun sözlərinə görə, əksər hallarda bu xəstəlik heç bir şikayətin olmadığı halda, təsadüfən ortaya çıxır. Qan testləri və ya ultrasəs və digər müayinələr zamanı aşkar edilir:

 

"Piylənmə artıqca qaraciyərin iltihablanmasına və sərtləşməsinə səbəb olur. Əvvəlcə yorğunluq və halsızlıq özünü göstərir. Daha sonra hepatit, qaraciyərin sirrozu və xərçəngi kimi xəstəliklər inkişaf edə bilir".

Tofiq Əkbərov bildirib ki, yüksək xolesterol və diabet xəstələrinin təxminən 80 %-i qaraciyər piylənməsindən əziyyət çəkir və hər 3 nəfərdən birində bu xəstəliyə rast gəlinir. Bu səbəbdən risk altında olanlar qan testləri və radioloji üsullarla yoxlanılmalıdırlar.

"Piylənmənin aşkarlanması üçün ultrasəs müayinəsi ən sürətli və praktik üsuldur", - deyən həkim qaraciyərin sərtlik dərəcəsini ölçən elastoqrafiyanın qaraciyərin müayinəsi üçün daha effektiv olduğunu qeyd edib.



Hepatoloq əlavə edib ki, xəstəliyin müalicəsi uzunmüddətli aparılır. Bəzi qida məhsullarından tam və ya qismən imtina etmək, xüsusi pəhriz və idman proqramı təyin olunur. Xəstə karbohidratla zəngin məhsulları, doymuş yağ ehtiva edən qidaları azaltmalı, pəhrizə keçməli, axşam saat 19:00-dan sonra yeməyi dayandırmalı və gündə ən azı yarım saat piyada gəzməlidir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev