"Yeni Klinika"da Milli Qurtuluş Günü qeyd olunub
15.06.2023 12:37

"Yeni klinika” tibb mərkəzində 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib.

 

Aztibb.az-a Klinikadan verilən xəbərə görə, tədbirdə  müəssisənin direktoru vəzifəsini icra edən, baş həkim Cavid Paşayev tariximizə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu qeyd edib.

 

Baş həkim Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş ictimai-siyasi sabitliyin, sosial-iqtisadi və siyasi inkişafın dövlətimizin möhkəmlənməsində mühüm rol oynadığını bildirib.

 

Sonra Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək bu gün tarixinin ən güclü və qüdrətli dövrünü yaşayan müstəqil və yeni Azərbaycanda əsası Ümummilli Lider tərəfindən qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

 

Hüquq şöbəsinin müdiri Əliheydər Heydərli Ulu Öndər Heydər Əliyevin yenilməz iradəsindən, uzaqgörənliyindən, fədakarlığından söhbət açaraq Ümummilli Liderin xilaskarlıq missiyasından danışıb.

 

Tədbirin sonunda Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev