"Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası günüdür” mövzusunda tədbir keçirilib
15.06.2023 12:20

Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax Müalicə Diaqnostika Mərkəzinin təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası günüdür” mövzusunda tədbir keçirilib.

 

Qazax Müalicə Diaqnostika Mərkəzindən Aztibb.az-a bildirilib ki, tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək Milli Qurtuluş Gününün dövlətçiliyimiz üçün əhəmiyyətindən və Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Qeyd edib ki, 1993- cü ilin iyun hadisələri tarixin reallığı və Azərbaycanın tarixində dönüş nöqtəsi kimi xarakterizə edilir.

 

Direktor bildirib ki, xaqımızın tarixində böyük əhəmiyyət daşıyan 15 iyun əsl qurtuluş tarixidir. Xalqımızı nicata aparan yol məhz həmin gündən başlayıb. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin böyük siyasi təcrübəsi ilə dövlətçiliyimizin qorunması üçün həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edildi, bununla da xalqın böyük oğlu Heydər Əliyevin adı tariximizə müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi qızıl hərflərlə yazıldı. 

 

Sonra Qazax Müalicə Diaqnostika Mərkəzi PHŞ-in direktoru Kamandar İbrahimov çıxış edərək XX əsrin 90-cı illərindəki siyasi-ictimai vəziyyətin gərginliyindən danışıb.


Tədbirdə çıxış edən Qazax Müalicə Diaqnostika PHŞ-in ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Günel Bəxtiyarlı bildirib ki, xaos və özbaşnalıq mühitinin hökm sürdüyü bir vaxtda xalqın nicat yolu ancaq Heydər Əliyev idi. Belə çıxılmaz vəziyyətdə dövlətimizin öz müstəqilliyini qoruyub saxlaması üçün Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna ciddi ehtiyac var idi və bu tarixi tələbata çevrilmişdi. Ona görə də xalqın təkidli tələbi ilə dahi insan Naxçıvandan Bakıya dəvət edildi və böyük siyasi xadim xalqını darda qoymadı. Xalqın imdadına yetdi və xalqını düşdüyü bu ağır durumdan çıxardı.

 

Mərkəzin gənc əməkdaşı Ofeliya Salmanova Azərbaycan xalqının taleyinə qızıl hərflərlə yazılmış Qurtuluş Gününün Azərbaycan üçün ən qürurlu bayramlardan olduğunu vurğulayıb. Bildirib ki, 1997- ci ildən rəsmi olaraq dövlət bayramı kimi qeyd olunan bu tarix müasir müstəqilliyimizin keşməkeşli yollarında ən parlaq izlər buraxıb. Məhz bu parlaq tarixdən sonra Ulu öndərin rəhbərliyi ilə ölkədə aparılan siyasi- iqtisadi islahatlar, peşəkar ordu quruculuğu, əminamanlıq, sabitlik xalqımızın sabaha olan ümidini artırdı, onu müdrik və cəsarətli rəhbərin ətrafında yumruq kimi birləşməyə sövq etdi.

 

Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə dayanıqlı və davamlı rifaha nail olub, ölkəmiz dünya birliyində etibarlı tərəfdaş kimi qəbul edilib və bundan sonra da dövlət və xalq həmrəyliyi ilə daha yeni uğurlara və nailiyyətlərə imza atacaq.

ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
 RDM-də icbari tibbi sığorta çərçivəsində müxtəlif diaqnostik və cərrahi xidmətlər həyata keçirilir