Ümummilli Lider Heydər Əliyevin Oğuz şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət edilib
14.06.2023 15:53

15 İyun – Milli Qurtuluş Günü və 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar olaraq, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Oğuz Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin Oğuz şəhərinin mərkəzində ucaldılmış  abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsinə öz ehtiramlarını bildiriblər.

 

Oğuz Rayon Mərkəzi Xəstəxanasından Aztibb.az-a bildirilib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin ictimai-siyasi həyatında baş verən proseslərə qısa nəzər salınıb, 1993-cü ilin iyun hadisələri barədə danışılıb. Qeyd olunub ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üz-üzə qalıb. Həmin dövrdə iqtidarda olanların səriştəsiz və xəyanətkar əməllərinin məntiqi nəticəsi olan hakimiyyət böhranı 1993-cü ilin iyununda artıq kulminasiya həddinə çatıb. Ölkəni xaos və anarxiya bürüyüb, dövlət müstəqilliyimiz çox ciddi təhlükə ilə üzləşib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır