Dövlət Gömrük Komitəsi qan donorluğunun təşkilatçılığında fəal iştirakına görə mükafatlandırılıb
14.06.2023 15:31
14 iyun bütün dünyada Ümumdünya Qan Donoru günü kimi qeyd edilir. Ümumdünya Qan Donoru gününün qeyd edilməsində məqsəd ehtiyacı olanlar üçün qan bağışlayan könüllü qan donorlarına təşəkkür etmək, donor qanına olan zərurəti diqqətdə saxlamaq və insanları qan donorluğuna cəlb etməkdir.
 
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, Ümumdünya Qan Donoru Günündə Azərbaycan Respublikaı Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankı tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qan donorluğunun təşkilatçılığında fəal iştirakına və dəstəyə görə təşəkkürnamə verilib.
 
Təşəkkürnaməni Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyevə təqdim edib.
 
Xatırladaq ki, 9 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Ə.Eyvazov adına Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı bölümünün birgə təşkilatçılığı ilə “Qan ver, ümid ol” şüarı altında Dövlət Gömrük Komitəsinin əməkdaşları Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında könüllü qanvermə aksiyasında iştirak ediblər. Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə keçirilən aksiyada 150-dən çox gömrük əməkdaşı könüllü donor olublar.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev