Qubanın koronavirus səbəbindən distant təhsilə keçmiş kənd məktəbində əyani tədrisə başlanılıb
13.10.2020 16:17

Məlum olduğu kimi, müəllimlərin koronavirusa yoluxması səbəbindən sentyabrın 21-dən Quba rayonu Mübariz Abdullayev adına Qamqam kənd tam orta məktəbində dərslər distant formada keçirilirdi. Oktyabrın 13-dən isə bu təhsil ocağında əyani formada tədrisə başlanılıb.

 

Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, xəstəliyə yoluxan müəllim və texniki işçilər tam sağalıb və bu gündən fəaliyyətlərini bərpa ediblər. Həmçinin bütün məktəb kollektivi COVID-19-la əlaqədar testdən keçirilib.

 

Qamqam kənd tam orta məktəbində əyani dərslər bərpa olunsa da, rayonda başqa iki məktəb koronavirusa görə distant təhsilə keçib.

 

Oktyabrın 12-dən rayonun Bayram Şıxəmirov adına Zərdabi kənd tam orta məktəbi və Quba şəhər Zaur Cəfər adına 3 nömrəli tam orta məktəbdə şagird və müəllimlər arasında koronavirusa yoluxma faktı qeydə alındığı üçün tədrisin distant formada davam etdirilməsi barədə qərar qəbul olunub.

 

Zərdabi kənd tam orta məktəbində iki şagird və bir müəllimdə, Quba şəhər Zaur Cəfər adına 3 nömrəli tam orta məktəbdə isə bir müəllimdə xəstəliyin olması təsdiqlənib.

 

Distant təhsilə keçən iki məktəbdə, ümumilikdə, 2 min 82 şagird təhsil alır. Hazırda məktəblərdə koronavirus infeksiyasına qarşı təxirəsalınmaz dezinfeksiya işləri həyata keçirilir.

 

Rüfət Hacıyev bildirib ki, məktəbdə əyani dərslər müvəqqəti dayandırılsa da, şagirdlər tədrisi distant formada davam etdirəcəklər. Məktəblərdə müəllimlər və şagirdlər arasında yoluxmanın səbəbi kimi sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.

 

Təhsil Nazirliyinin oktyabrın 12-də ümumtəhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı məlumatına əsasən, respublika üzrə distant təhsilə keçid etmiş məktəblərin sayı 20-yə, siniflərin sayı isə 55-ə çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır