Göyçay Rayon Mərkəzi Xəstəxanasında Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı olub
10.06.2023 10:51

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasında yeni Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı olub.

 

Aztibb.az-a Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasından verilən xəbərə görə, kabinetlər bütün zəruri avadanlıqlarla təchiz edilib. Yeni kabinetlərin fəaliyyətə başlaması hemofiliya və digər qanın laxtalanması pozğunluğundan əziyyət çəkən vətəndaşların xəstəliyin verdiyi fəsadların aradan qaldırılmasına və müalicənin multidisiplinar yanaşmasına xidmət edəcək.

 

Kabinetlərin açılışından sonra Göyçay həkimləri üçün elmi seminar keçirilib.

 

Seminarın açılışında Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Əhmədov və TƏBİB-in Xüsusi profilli tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Vüsal Yusifov iştirak edərək vətəndaş məmnunluğunun, tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində görüləcək işlərə davam ediləcəyini bildiriblər.

 

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov çıxışında Assosiasiyanın fəaliyyəti və dövlət səhiyyə qurumları ilə sıx əməkdaşlığın faydalı nəticələri barədə məlumat verib.

 

Seminarın elmi hissəsində Respublika Klinik Xəstəxanasının Fizioterapiya şöbəsinin müdiri Yeganə Əzizova, Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin həkim-hematoloqu Mina Adıgözəlova, praktik təqdimatlarla çıxış 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır