1500 qram çəkidə dünyaya gələn körpə 26 günlük müalicədən sonra ailəsi ilə birlikdə evə yola salınıb
05.06.2023 15:52
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda hamiləliyin 30-cu həftəsində 1500 qram çəkidə dünyaya gələn körpə 26 günlük müalicədən sonra ailəsi ilə birlikdə evə yola salınıb.
 
Bu barədə Aztibb.az-a İnstitutdan xəbər verilib.
 
Həkim mama-ginekoloq Həlimə İdrisovanın nəzarətində olan qadına uşaqlıq boynu çatışmazlığı diaqnozu ilə hamiləliyin 20-ci həftəsində stasionar müalicə planı təyin olunub. Hamiləliyin patologiyası şöbəsində nəzarətdə olan qadına vəziyyəti ilə əlaqədar hamiləliyin 30-cu həftəsində H.İdrisova tərəfindən uğurla icra olunan qeysəriyyə kəsiyi ilə 1500 qram çəkidə körpə dünyaya gəlib.
 
Yenidoğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsinə köçürülən vaxtından əvvəl dünyaya gələn körpə həkim-neonatoloq Kövsər Azadəliyeva, şüa-diaqnostika üzrə həkim Təranə Kərimova və tibbi heyətin daim nəzarətində olub.
 
Düzgün müalicə taktikası ilə 26 gündən sonra ailəsi ilə birlikdə sağlam şəkildə evə yola salınıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev