Pərvin Əkbərov Dünya Fizioterapiya Konqresində ölkəmizi təmsil edib
05.06.2023 15:29
TƏBİB-in İcraçı direktorunun müşaviri müşaviri Pərvin Əkbərov Dubayda keçirilən Dünya Fizioterapiya Konqresinə qatılıb.
Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, 2-4 iyun tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən konqresə dünyanın 131 ölkəsindən ekspertlər, mütəxəssislər qatılaraq fizioterapiya sahəsində yenilikləri, ideyaları bir-biriləri ilə bölüşərək, fikir mübadiləsi aparıb, elmi tədqiqatları barədə məruzələr ediblər.
Beynəlxalq tədbirdə Pərvin Əkbərov fizioterapiya sahəsində müasir yanaşma və həllərin tətbiqi, tibb sahəsində dünyanın qabaqcıl ölkələrində təhsil alan və çalışan mütəxəssislərin bilik və bacarıqlarının təqdimatı baxımından konqresin işini yüksək qiymətləndirib. O, Azərbaycanda son illər fizioterapiya sahəsində əldə olunan mühüm irəliləyişlər barədə məlumat verib.
Qeyd edək ki, Dünya Fizioterapiya Konqresi hazırda 2 ildən bir keçirilir. İlk dəfə 1953-cü ildə Böyük Britaniyanın London şəhərində keçirilib. 2017-ci ildə Cənubi Afrika Respublikasının Keyptaun şəhərində, 2019-cu ildə isə İsveçrənin Cenevrə şəhərində baş tutub. 2021-ci ildə isə COVID-19 pandemiyası ilə əlaqədar olaraq konqres onlayn formatda təşkil olunub.
Pərvin Əkbərov 2017-ci ildən keçirilən bütün Dünya Fizioterapiya Konqresində iştirak edərək Azərbaycanı təmsil edir. Növbəti konqres isə 2023-cü ilin 29-31 mayında Yaponiyanın paytaxtı Tokioda baş tutacaq.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

