"Həkimlərimizi tanıyaq!" rubrikası peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir
06.06.2023 16:23
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikası peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir.
 
Rubrikada bu dəfə bəhs edəcəyimiz Çingiz Dadaşov Neftçala RMX PHŞ-də həkim-travmatoloq vəzifəsində çalışır.
 
O, 1946-cı il mayın 8-də Salyan rayonunun Marışlı kəndində anadan olub. Orta təhsili başa vurduqdan sonra 1964-cü ildə Nəriman Nərimanov adına Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub.
 
İlk olaraq təyinatla Salyan Dəmiryolu Xəstəxanasına göndərilib və 3 il müddətində həmin xəstəxanada müalicə işi üzrə həkim işləyib. 1973-cü ildə Səhiyyə Nazirliyi tərəfindən “Neftçala Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə təyinat alıb. Həkim 1974-cü ilin yanvar ayından Travmatologiya ixtisası üzrə 5 aylıq ixtisaslaşma kursu keçib.
 
Çingiz Dadaşov dəfələrlə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müxtəlif kurslarında olub. 1988-ci ildə Kurqan Travmatologiya İnstitutunda İlizarov üsulu ilə sınıqların və ortopedik xəstələrin müalicəsi üzrə 2 ay müddətində ixtisaslaşma kursunda olub.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır