Şəhid və qazi ailələrinin uşaqları ümumi müayinədən keçirilib
02.06.2023 09:39
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə şəhid və qazi ailələri ilə görüş keçirib. Tədbirin rəsmi hissəsindən öncə şəhid və qazi ailələrinin uşaqları Respublika Klinik Xəstəxanasının tabeliyində olan Uşaq Klinik Xəstəxanasınının pediatrları tərəfindən ümumi müayinədən keçirilib.
Bu barədə Aztibb.az-a Respublika Klinik Xəstəxanasından xəbər verilib.
Tədbirin rəsmi hissəsini giriş sözü ilə açan Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı şəhid və qazi ailələrinin uşaqlarını təbrik edib. O, şəhid və qazi ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb:
“Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün azərbaycanlı uşaqlara, eləcə də şəhidlərimizin yadigarlarına və qazi uşaqlarına olan münasibətləri hamımız üçün örnəkdir. Biz də Respublika Klinik Xəstəxanası olaraq şəhid və qazi övladlarına hər zaman dəstək olmağa çalışırıq.
Sevindirici haldır ki, bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Düşmən tapdağında olan torpaqlarımız işğaldan azad olunub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa çatdırıb. Bu zəfərin qazanılmasında vətənimizin igid oğulları şəhid və qazi oldu. Bu gün biz ərazi bütövlüyümüzün bərpasına görə şəhidlərimizə və qazilərimizə borcluyuq. Şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edirəm, qazi və əsgərlərimizə cansağlığı arzulayıram”.
Daha sonra çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət Muradova əlamətdar gün münasibətilə şəhid və qazi ailələrinin uşaqlarını təbrik edib. Onlara hər zaman dəstək olduqlarını və bundan sonra da daim yanlarında olacaqlarını bildirib.
Sonda tədbir uşaqlar üçün əyləncəli hissə və oyunlarla davam edib.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

