İsmayıllıda şəhid övladı ziyarət edilib
02.06.2023 09:26
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
 
Tibb müəssisəsindən Aztibb.az-a bildirilib ki, tədbirdə şöbə müdiri K.Ağayeva, şöbənin həkim və tibb heyəti iştirak edib.
 
Daha sonra kollektivin iştirakı ilə şəhid Ramil Musayevin övladı ziyarət olunub, ona hədiyyələr verilib. Həmçinin Vətən müharibəsi qazisi Əzizov Nurəddinin ailəsi ziyarət olunub.
 
Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq, uşaqların sağlam və xoşbəxt yaşamağını təmin etmək bizim borcumuzdur.
ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
 RDM-də icbari tibbi sığorta çərçivəsində müxtəlif diaqnostik və cərrahi xidmətlər həyata keçirilir   
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib