Tibbi aksiya: "Uşaqların sağlamlığının keşiyində"
01.06.2023 15:22
Sumqayıt Tibb Mərkəzi (STM) 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Uşaqların sağlamlığının keşiyində" şüarı ilə tibbi aksiya keçirib.
 
STM-dən Aztibb.az-a verilən xəbərə görə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi ilə keçirilən aksiya 20 nömrəli tam orta məktəbdə təşkil edilib.
 
Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova aksiyanın gedişi ilə maraqlanıb, uşaqların bayramını təbrik edib.
 
Həmin məktəbdə Sumqayıt Tibb Mərkəzinin pediatr, oftalmoloq, stomatoloq və LOR həkimləri tərəfindən 40 nəfər I sinif şagirdinin sağlamlığı yoxlanılıb.
 
Əlavə müayinəyə ehtiyacı olan şagirdlərə müvafiq tibbi göstərişlər verilib. Müayinədən keçən məktəblilər 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sumqayıt Tibb Mərkəzi tərəfindən təbrik edilib və onlara hədiyyələr verilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır