Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası ilə əməkdaşlıq edəcək
01.06.2023 10:07
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı və SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası arasında valideyn himayəsindən məhrum olan uşaqların, gənclərin və onların himayəçilərinin ümumi müayinəsinin ödənişsiz həyata keçirilməsi məqsədilə xeyriyyə və əməkdaşlıq memorandumu imzalanıb.
 
Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından verilən xəbərə görə, sənəd DGK Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəisi Bəxtiyar Musayev və SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının Milli direktoru Zakir Soltanov tərəfindən imzalanıb.
 
İmzalanmış əməkdaşlıq memorandumuna əsasən SOS Uşaq Kəndlərində yaşayan uşaqların, gənclərin və himayəçilərin tibbi maarifləndirilməsi, ödənişsiz əsaslarda ümumi müayinənin aparılması, o cümlədən qarşılıqlı maraq kəsb edən mövzularda konfranslar, seminarlar və digər proqlamların həyata keçirilməsi nəzərdə tutulur.
 
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Mərkəzi Gömrük Hospitalı yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarını mütəmadi olaraq genişləndirməkdədir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev