Gənc həkim 22 nömrəli Uşaq Poliklinikasında fəaliyyətə başlayıb
31.05.2023 17:05
Həkim-psixiatr Çilənay Xəlilova Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) tabeliyində fəaliyyət göstərən 22 nömrəli Uşaq Poliklinikasında həkim-psixiatr vəzifəsinə təyinat alıb.
 
Bu barədə Aztibb.az-a BBSM-dən məlumat verilib.
 
Bildirilib ki, Ç.Xəlilova 28 sentyabr 1992-ci ildə Bakı şəhərində anadan olub. 2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Pediatriya fakültəsində təhsil alıb. O, 2017-2019-cu illərdə ATU-nun Psixiatriya kafedrasında rezident-psixiatr olaraq çalışıb. 2019-2022-ci illər ərzində 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışıb.
 
Ç.Xəlilova 2018-ci ilin may-avqust aylarında Türkiyənin Samsun şəhərində, 19 Mayıs Universitetində “Ruh sağlığı Ana Bilim Dalı”nda rotasiya keçib. 2019-cu ildə “Bipolyar Affektiv Pozuntu”, 2020-ci ildə “Valideyn-uşaq münasibətlərindəki doğru bilinən yanlışlar” mövzusunda seminarlar verib. 2019-cu ildə həkimin müəllifi olduğu “Diqqət əskikliyi və hiperaktiv pozuntu” kitabı çap olunub.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır