Ana və uşaq sağlamlığının qorunması istiqamətində tibbi xidmətin təşkilinin qiymətləndirilməsi keçirilib
30.05.2023 16:28
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə yaradılmış Komissiya ana və uşaq sağlamlığının qorunması istiqamətində tibbi xidmətin təşkilinin dəyərləndirilməsi və doğuşayardım xidmətinin qiymətləndirilməsi məqsədilə Quba Regional Perinatal Mərkəzinə ezam olunub.
Aztibb.az-a TƏBİB-dən bildirilib ki, qurumun icraçı direktorunun müavini, komissiyanın sədri Anar İsrafilov, İlkin səhiyyə və təcili yardım departamentinin rəhbəri Anar Ağayev və digər üzvlərin mərkəzə səfəri baş tutub.
Mərkəzdə analara, yenidoğulmuşlara göstərilən tibbi xidmətin, infeksiyaların profilaktikası və infeksion nəzarət (İPİN) qaydalarının tətbiqinin, qadın və reproduktiv sağlamlığın qorunmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin, yenidoğulmuşların sağlamlığının qorunması məqsədilə skrininq proqramı çərçivəsində göstərilmiş laborator xidmətin təşkilinin, müəssisədə keyfiyyətə nəzarət işinin təşkilinin, kritik durumda daxil olan hamilələrə göstərilən tibbi xidmətin təşkilinin dəyərləndirilməsi aparılıb.
Quba Rayon Mərkəzi Xəstəxanasında Quba-Xaçmaz Tibbi Ərazi Bölməsinə (TƏB) daxil ətraf rayonların (Xaçmaz, Siyəzən, Şabran, Qusar) aidiyyəti işçilərinin iştirakı ilə video formatda konfrans keçirilib.
Görüşdə 2023-cü ilin ilk 4 ayında TƏB üzrə göstərilmiş antenatal və doğuşayardım xidmətinin müqayisəli nəticələri barədə ətraflı məlumat verilib.
Açılış nitqi ilə çıxış edən TƏBİB-in İlkin səhiyyə və təcili yardım departamentinin Ana və uşaq sağlamlığının qorunması şöbəsinin müdiri Sevinc Məmmədova doğum və reproduktiv sağlamlıq sahəsində mövcud problemlərin müzakirəsini həyata keçirtməklə, gələcəkdə bu halların aradan qaldırılmasına nail olmaq üçün görüləcək tədbirləri qeyd edib.
Doğuşayardım komissiyasının sədri Təranə Rəcəbli öz çıxışında Quba Perinatal Mərkəzində perinatal xidmətin təşkilinə dair, TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova perinatal xidmətdə infeksion nəzarətin təşkili, Keyfiyyətin idarə olunması şöbəsinin müdiri Xanım Məlikova hazırda tətbiq edilən keyfiyyət standartları və onların hesabatlılıq sisteminin tətbiqinin təkmilləşdirilməsi üçün həyata keçirilməli olan tədbirlər haqqında məlumat veriblər.
Tədbirin sonunda doğuşayardım xidməti üzrə mövcud əmr və sərancamların, təlimat və protokolların icrasına nəzarət, həmçinin antenatal və doğuşayardım işinin gücləndirilməsi məqsədi ilə bu sahədə müntəzəm olaraq monitorinqlərin keçirilməsi barədə müəssisə rəhbərlərinə tapşırıqlar verilib.
Tədbirdə ətraf rayonların xəstəxanalarının rəhbərləri və aidiyyəti tibb işçiləri iştirak ediblər.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

