Azərbaycanın və Özbəkistanın Botanika institutları arasında memorandum imzalanıb    
31.05.2023 14:41

Özbəkistan Elmlər Akademiyasının Botanika İnstitutunun Molekulyar filogeniya və biocoğrafiya laboratoriyasının və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ziyoviddin Yusupov və kiçik elmi işçi Elyor Ortikov Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda olublar.

 

AMEA-dan Aztibb.az-a bildirilib ki, səfərin məqsədi Botanika İnstitutu ilə əməkdaşlıq memorandumunun imzalanması, həmçinin Orta Asiya, Qafqaz və Çin florasında yayılmış bitkilərin filogenetik və molekulyar-sistematik tədqiqi olub.

 

Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva qonaqlara müəssisənin elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən layihələr haqqında məlumat verib və əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri müzakirə olunub. Qonaqlar institutun elmi fəaliyyətini yüksək qiymətləndirərək qarşılıqlı kadr və təcrübə mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıb.

 

Alimlər institutun şöbə və laboratoriyaları ilə tanış olublar. Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin saxlanılma şəraiti və Avropa Məlumat Bazasına daxil edilməsi üzrə aparılan müasir istiqamətli işlərə xüsusi maraq göstəriblər.

 

Səfər müddətində Özbəkistan Elmlər Akademiyasının Botanika İnstitutu və Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu arasında elmi tədqiqat işlərinin aparılmasına dair memorandum imzalanıb. Memoranduma əsasən nadir və endem bitkilərin molekulyar-sistematik tədqiqi, meşə mikologiyası və filogeniya sahəsi üzrə müştərək layihələrin təşkili, birgə tədqiqatların aparılması, kadrların təcrübə mübadiləsi, görüşlər, mühazirələr, simpoziumlar və s. həyata keçirilməsi nəzərdə tutulub.

 

Botanika İnstitutunda təşkil olunan elmi seminarda Z.Yusupovun təqdimatında özbəkstanlı alimlərin apardıqları tədqiqat işlərinin nəticələrinə dair məruzəsi dinlənilib, mövzu ətrafında geniş müzakirələr aparılıb.

 

Özbək alimlərlə ölkəmizdə müştərək ekspedisiyalar həyata keçirilib və maraqlı nümunələr toplanılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev