Müstəqillik Günü tariximizin ən mühüm hadisələrindən biridir
28.05.2023 16:44

Oğuz Rayon Mərkəzi Xəstəxanasında 28 May - Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Oğuz RMX-nın inzibati işlər üzrə müavini İradə Məmmədova Müstəqillik Gününün tariximizin ən mühüm hadisələrindən biri olduğunu söyləyib. Şərqdə yaranmış ilk demokratik respublikanın mövcud olduğu 23 ay ərzində əldə edilmiş nailiyyətlərdən danışıb.

 

O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ana dilimizin dövlət dili kimi təsis olunması və dövlət rəmzlərimizlə bağlı mühüm tarixi qərarların imzalanması və dövlət quruculuğu istiqamətində digər mühüm addımların atılması kimi tədbirləri diqqətə çatdırıb. İ.Məmmədova, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin 30 il əvvəl bərpa edilməsini xalqımızın tarixində böyük hadisə kimi qiymətləndirərək, müstəqilliyimizin qorunub saxlanmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.

 

Daha sonra xəstəxananın Aptek bölmə müdiri Çinarə Alxaslı, Yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülzar İbrahimova çıxış edərək Azərbaycan Xalq Cumhuriyyətinin qısa müddətli fəaliyyətindən bəhs ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev