“Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir” mövzusunda tədbir keçirilib
28.05.2023 14:17

Mərkəzi Gömrük Hospitalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir” mövzusunda tədbir keçirilib.

 

Hospitaldan Aztibb.az-a bildirilib ki, tədbir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Yığıncağı giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., tibb xidməti general-mayoru Ceyhun Məmmədov tədbir iştirakçılarını 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.

 

Ceyhun Məmmədov 1918-ci il mayın 28-i Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olduğunu, XX əsrdə xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcını qoyduğunu bildirib.

 

O, 1991-ci ilin oktyabrında Azərbaycan xalqının XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdiyini qeyd edib. İdarə rəisinin sözlərinə görə, 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və Azərbaycan öz müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün doğma Azərbaycanımız müstəqil həyat yaşayır.

 

Sonra çıxış edən Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Rövşən Namazov müstəqil Azərbaycanın qurucusu Ulu Öndərin həyat fəaliyyəti, o cümlədən gömrük sahəsindəki əvəzedilməz xidmətlərindən danışıb. Bildirib ki, xalqının, millətinin dar macalında harayına yetərək onu düzgün istiqamətləndirən, onu düşdüyü siyasi və iqtisadi böhrandan qurtaran liderlərin biri də Ulu Öndər Heydər Əliyevdir. Onun nəhəng siyasi fəaliyyəti sayəsində Azərbaycan Respublikası dünya dövlətləri tərəfindən çox tezliklə tanınıb.

 

Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədr müavini Asəf Ağayev Ulu Öndərin Həmkarlar İttifaqına baxış və yanaşması, Mərkəzi Gömrük Hospitalının şöbə rəisi Mircəlal Kazımi müstəqil Azərbaycanın müstəqil səhiyyəsi haqqında danışıblar.

 

Sonda yığıncaq iştirakçıları Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən videomaterialı izləyiblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev