Abşeron Rayon Mərkəzi Xəstəxanasında “Mavi kod” sisteminin tətbiqinə başlanılıb
28.05.2023 09:40

Abşeron Rayon Mərkəzi Xəstəxanasında “Mavi kod” sistemi beynəlxalq standartlara uyğun şəkildə qurulub.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tibb müəssisəsində “Mavi kod” vəziyyətində fəaliyyəti və məsuliyyətləri müəyyən etmək üçün prosedur qaydaları müəyyənləşdirilib, müvafiq nöqtələr təcili cavab avadanlığı ilə təchiz olunub.

 

“Mavi kod” təcili müdaxilə hallarında tənəffüs və ya ürək dayanmalarında istifadə olunur. Bu hallarda, mümkün olan çox məhdud müdaxilə vaxtı ilə xəstənin ən sürətli və effektiv reanimasiyasını həyata keçirmək lazımdır.

 

Mavi kod zamanı xəstənin həyati funksiyalarına geri dönülməz zərər verməmək üçün yalnız 2-5 dəqiqə ərzində mütəxəssis müdaxiləsi vacibdir.

 

Qeyd edək ki, “Mavi kod” sistemi xəstəxana təcili kodları arasında dünyada ən çox tətbiq olunan kodlardan biridir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev