Qaraciyər xəstəliklərinin səbəbləri
28.05.2023 10:19
Qaraciyər orqanizmdə çox vacib funksiyalar yerinə yetirən “kimyəvi laboratoriyadır”. Qaraciyər bədənimizi toksinlərdən zərərli maddələrdən təmizləyir. Öd sintez edərək, qida maddələrinin metabolizmində iştirak edir, müxtəlif fermentlər sintez edir.
Bu barədə Aztibb.az-a Nərimanov Tibb Mərkəzinin Qastroenterologiya şöbəsinin müdiri Gülnarə Həmidova bildirib.
Həkim qaraciyər xəstəliklərinin səbəblərinə görə təsnifatını sadalayıb:
Dərman və ya toksin təsiri
a) Alkoqol asılı qaraciyər xəstəliyi – Daimi və çox miqdrada alkoqol qəbulu qaraciyəri zədələyən əsas faktorlardan biridir və sirroza gətirib çıxarma ehtimalı yüksəkdir;
b) dərmanlardan yaranan qaraciyər xəstəliyi – Bəzi dərman maddələrinin yüksək dozada qaəbulundan kəskin qaraciyər çatışmazlığı yarana bilər.
İnfeksiya təsiri
a) Hepatit A virusu – qida yoluyla yoluxmuş sudan və meyvə tərəvəzdən keçən hepatit virusudur. Əksər hallarda kəskin keçib sağalsa da, bəzən uzunmüddətli xəstəliyinə də səbəb ola bilər;
b) Hepatit B və C virusu – qan vasitəsilə keçən hepatit viruslarıdır. Hər ikisi daha çox xroniki formada keçdiyindən qaraciyərin uzunmüddətli və ağır zədələnməsinə yol açırlar.
Metabolizm və digər səbəblər:
a) Qaraciyərin piylənməsi – artıq çəki, şəkərli diabet və yüksək xolesterol olan şəxslərdə rast gəlinir, qaraciyərdə yağlar toplanır;
b) Hemaxromotoz – qaraciyərdə normadan artıq dəmir toplanması verir, genetik xəstəlikdir. Şimali Avropada ən tez-tez rast gəlinən xəstəliklərdəndir. Sirroz və qaraciyər çatışmazlığına səbəb ola bilər;
c) Vilson xəstəliyi – qaraciyərdə mis toplanması nəticəsində baş verir, həmçinin irsi yolla keçir, uşaqlarda özünü göstərir;
d) Autoimmun hepatit – orqanizmin özünün qaraciyəri zədələməsidir. Bu zaman immun hüceyrələrimiz hepatositləri yad kimi qəbul edərək onları zədələyir.
Onun sözlərinə görə, qaraciyər xərçəngi-birincili və ikincili ola bilər. Birincili qaraciyər xərçəngi zamanı xərçəng birbaşa ilkin olaraq qaraciyərdə yaranır. İkincili qaraciyər xərçəngi isə digər orqanların (süd vəzi, ağciyər, sumuk) xərçənginin metastazı kimi özünü göstərir.
Bu bölməyə aid digər xəbərlər
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
18.10.2026 | 15:48
Uşaqlarda çəpgözlük-erkən aşkarlanması niyə vacibdir?
18.10.2026 | 13:44
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

