ATU-da Türkmənistanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
26.05.2023 12:17

Azərbaycan Tibb Universitetində (ATU) Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovla görüş keçirilib.

 

Aztibb.az-a ATU-dan bildirilib ki, tanışlıq xarakteri daşıyan görüşdə tibb təhsili sahəsində iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.

 

Səhiyyə sahəsində böyük təcrübəyə malik olan Türkmənistan səfiri Qurbanməmmet Elyasov ixtisasca infeksionist olduğunu bildirib, tibb təhsili sahəsində qarşılıqlı fəaliyyətin inkişafının vacibliyini qeyd edib. O, ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların mübadiləsi üçün yeni imkanlar yaradılmasının əhəmiyyətini vurğulayıb.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli ölkəmizlə Türkmənistan arasında inkişaf edən ikitərəfli əlaqələr sırasında səhiyyə və tibb sahəsinin də olduğunu vurğulayaraq, hazırda Azərbaycan Tibb Universitetində Türkmənistanın 6 vətəndaşı ali tibb təhsili aldığını bildirib. Hər iki ölkənin ali tibb təhsili verən müəssisələri arasında əməkdaşlığın uğurla inkişaf edəcəyinə inandığını bildirən Rektor G.Gəraybəyli Azərbaycan Tibb Universitetində aparılan islahatlar, əcnəbi tələbələr üçün yaradılan şərait, universitetinin beynəlxalq əlaqələrinin inkişafı haqqında da qonağa məlumat verib.

 

Görüşdə tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət, əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində müzakirələr baş tutub.

Qeyd edək ki, görüşdə Konsul Sultan Açılov və ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev iştirak edirdilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev