Stress ürəyimizi zəiflədir!
29.05.2023 11:37
Müasir insanın həyatının ayrılmaz hissəsinə çevrilən əsəb, gərginlik və stress ürək xəstəliklərinin yaranma səbəblərindən biridir.
 
Bu barədə Aztibb.az-a Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.
 
Uzman həkim qeyd edib ki, stress, beyində amiqdala adlanan hissənin yüksək aktivliyi nəticəsində ortaya çıxır. Bu da ürək xəstəlikləri və insult riskini artırır.
 
"Kişilər stressə daha meyilli olurlar. Siqaret çəkən kişilərdə testosteron hormonu çoxalır, bu da ürək və damar sisteminə ziyandır. Qadınlarda isə bu hormon əksinə, qan-damar xəstəliklərinin qarşısını alır. Qadınlarda klimaks dövründə estrogen hormonu azaldıqca ürək xəstəlikləri baş qaldırır", - deyə Cabir Gülmalıyev bildirib.
 
Onun sözlərinə görə, ürəyin sağlamlığını qorumaq istəyən insan özünü stressdən, həyəcandan qorumalıdır. Fiziki aktivlik stressin ürəyə olan təsirini azaldır. Kifayət qədər yuxu və istirahət ürək sağlamlığı üçün çox vacibdir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev