İnsultsuz həyat mümkündür! Bu tədbirlər insult riskini azaldır
29.05.2023 16:37

Türkiyədə hər il 200 min insan insult keçirir, 50 min insan isə insult və insult ilə bağlı ağırlaşmalar səbəbindən ölür. Düzgün həyat tərzini mənimsəməklə qarşısı alına bilən və müalicəsi mümkün olan insult riskini minimuma endirmək olar.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, "İnsult haqqında məlumatlandırma ayı" ilə əlaqədar əhəmiyyətli açıqlamalar verən prof. Mehmet Akif Topçuoğlu risk faktorlarını açıqlayıb, insult ilə bağlı alına biləcək tədbirləri izah edib.

 

Prof. M.Topçuoğlu iflicin Avropada ən əhəmiyyətli ölüm səbəblərindən biri olduğunu, lakin bunun həm qarşısı alına bilən, həm də müalicəsi mümkün bir xəstəlik olduğunu qeyd edib.

 

İnsultdan qorunmaq üçün 5 qaydanın sağlam qidalanma, çəki nəzarəti, siqaretdən uzaq durmaq, idman etmək və yaxşı yuxu olduğunu ifadə edən prof. Topçuoğlu insultdan qorunmaq üçün mənimsənilməsi lazım olan həyat tərzini bu sözlərlə sıralayıb:

 

“Siqaret çəkmək olmaz, siqaret tüstüsünə məruz qalmaq olmaz. Sağlam qidalanmalı, trans yağlardan, hidrogenləşdirilmiş yağlardan, şəkərdən və lazımsız kalorilərdən uzaq durmalı, Aralıq dənizi mətbəxi dediyimiz meyvə-tərəvəz əsaslı, duzu az olan pəhrizi mümkün qədər həyatımıza daxil etməliyik. Heç vaxt oturaq həyat tərzi sürməməliyik, aktiv olmalıyıq. Ən azından bir çox yerə piyada gedib fiziki fəaliyyətə mane olmamalıyıq. Çəkimizi, bədən kütlə indeksimizi bilməliyik və sağlam yatmalıyıq. Ən azı 7 saat yatmaq lazımdır”.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev