İSİM-də “Ümumilli Lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı olub
25.05.2023 15:39
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan xalqının Ümumilli Lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş foto-sərginin və bu materiallar əsasında hazırlanan albom-kataloqun təqdimat mərasimi olub. Sərgidə Ulu Öndər Heydər Əliyevin səhiyyə və tibb müəssisələrində, səhiyyə işçiləri ilə görüşlərini əks etdirən 50-dən çox foto nümayiş etdirilib.
Bu barədə Aztibb.az-a İSİM-dən xəbər verilib.
İSİM-in direktoru Qəhrəman Haqverdiyev açılış nitqi ilə çıxış edərək bildirib ki, zəngin həyat yolu və fəaliyyəti ilə adını tarixə yazan Ulu Öndərimiz Heydər Əliyev üçün ən vacib sahələrdən biri məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub. Direktor qeyd edib ki, Ümumilli Liderin rəhbərliyi ilə səhiyyəmizin müasir tələblər səviyyəsində yenilənməsinə və insanların sağlamlıqlarının qorunmasına xidmət edən 15-dən çox qanun qəbul olunub və sənədlərin hər biri ölkəmizdə səhiyyə sisteminin inkişafına əhəmiyyətli təsir edən mühüm addımlar idi.
Sonra İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva “Heydər Əliyev və səhiyyə” mövzusunda çıxış edərək Ulu Öndərin bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlərin görüldüyünü, islahatlarım aparıldığını, xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramların işlənib hazırlandığını vurğulayıb: “Səhiyyənin marifləndirilməsi, əhalinin tibbi məlumatlılığının artırılması istiqamətində görülən işləri Ulu Öndər yüksək qiymətləndirirdi. O, çıxışlarında vurğulayırdı ki, həkim, səhiyyə təkcə insanları müalicə etmək üçün yox, həm də xəstəliklərin qarşısını almaq, geniş profilaktik iş aparmaq üçündür”.
Tədbirdə Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə çıxış edərək, Ümumilli Liderin Azərbaycan xalqının hər bir nümayəndəsinin, gənc nəslin sağlamlığına həssaslıqla, doğmalıqla yanaşdığını, xalqımızın demoqrafik göstəricilərinin yaxşılaşması üçün qətiyyətlə mübarizə apardığını diqqətə çatdırıb.
Açılışda Ulu Öndərin səhiyyə və tibb müəssisələrinin açılışındakı fotolar əsasında hazırlanan video nümayiş olunub, səhiyyə və tibb işçiləri ürək sözlərini bölüşərək, Ümumilli Lider Heydər Əliyevin xatirəsini hörmət və ehtiramla yad ediblər.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

