Rektor Gəray Gəraybəyli “ATUREK 11” konfransında fərqlənən rezidentləri təltif edib
24.05.2023 14:16

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru professor Gəray Gəraybəyli “ATUREK 11” rezidentlərin elmi-təcrübi konfransında uğurlu çıxışları ilə fərqlənən rezident və magistrlərlə görüşüb.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “ATUREK-11” elmi-təcrübi konfransında rezidentlər təbabətin aktual problemlərinə həsr edilmiş məruzələr və posterlərlə çıxış ediblər. Konfransın nəticələrinə əsasən, iştirakçılar arasında ən uğuru layihə təqdim edən 25 nəfər müəyyənləşdirilib.

 

Tədbirdə fərqlənən rezidentlərlə görüş zamanı ATU-nun rektoru, professor Gəray Gəraybəyli ölkəmizdə rezidentura təhsil pilləsinin yaradılmasının tibb təhsilinə verdiyi töhfələrdən danışıb: “Rezidentura təhsil pilləsinin yaradılması prosesi heç də asan olmadı. Xeyli fərqli fikirlərin səslənməsinə baxmayaraq, biz artıq 2 pilləli təhsilin üstünlüklərini müşahidə etməkdəyik. Hazırda rezidentura təhsilində də yeniliklərin tətbiqi, yenilənmiş proqramların hazırlanması təhsil səviyyəsinin daha da yüksəldilməsi istiqamətdə işlər aparırıq”.

 

Pofessor G.Gəraybəyli gənc kadrların elmi tədqiqatlar aparılması istiqamətində işlərin daha da gücləndirilməsinin vacibliyini qeyd edib. Həmçinin, tələbə və rezidentlərin universitetin ictimai həyatında fəal olmağa çağıraraq, gələcəkdə onların peşəkar kadrlar kimi dünyanın hər yerində uğur qazanacağından əminliyini bildirib.

 

ATU-nun Rezidentura və magistratura şöbəsini müdiri, professor Məlahət Sultanova konfransın təşkilində, məruzələrin hazırlanmasında və digər məsələlərin uğurla reallaşmasında həm universitet rəhbərliyi, həm də rezidentlərin böyük zəhməti olduğunu vurğulayıb. M.Sultanova bu il ATUREK konfransında izlənilən yeniliklər, məruzələr barədə də məlumat verib. Həmçinin, ATU-da magistratura təhsil pilləsində gözlənilən dəyişikliklər haqqında da danışıb.

 

Sonra rektor Gəray Gəraybəyli “ATUREK 11” rezidentlərin elmi-təcrübi konfransında fərqlənən 25 rezident və magistrə xüsusi diplom və hədiyyələr təqdim edib. Sonda görüş iştirakçıları rezidentlərin elmi-təcrübi konfransının yekunlarına həsr edilmiş videoçarxı izləyiblər.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev