Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki müəssisələr müasir tibbi avadanlıqlarla təchiz olunub
24.05.2023 11:16

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri yeni tibbi avadanlıqlarla təchiz olunub.

 

Aztibb.az-a Bakı Baş Səhiyyə Mərkəzindən bildirilib ki, Mərkəzin tabeliyində fəaliyyət göstərən qadın məsləhətxanaları və digər ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinin qadın şöbələrində 24 ədəd ən müasir ultrasəs cihazları quraşdırılıb.

 

Dünyada tibbi avadanlıqların tanınmış istehsalçısı olan Mindray şirkətinin DC seriyalı diaqnostik ultrasəs aparatı ən keyfiyyətli erqonomikaya və yüksək səviyyəli vizuallaşdırmaya malikdir.

 

Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 10 nömrəli Qadın Məsləhətxanasının şüa-diaqnostika üzrə həkimi Aliyə Aslanbəylinin sözlərinə görə, yeni USM cihazlarının bir çox üstünlükləri var: “Bu, yeni cihaz ana bətnində həm dölün qan-damar sisteminə, həm də hamilənin damarlarının, həmçinin aşağı və yuxarı ətraflarının damar müayinəsinə, o cümlədən daxili orqanlarının daha ətraflı müayinəsinə imkan verir. Biz həkimlər olaraq, rahat şəkildə hamilələri ginekoloji, vaginal müayinə edir, süd və qalxanvari vəzilərində yarana biləcək hər hansı patologiyalar haqqında qabaqcadan məlumat verə bilirik. Bu o deməkdir ki, artıq ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrində də hamilələrə doğuşaqədərki dövrdə müayinə və müalicələr üçün yeni imkanlar yaradılır. Yəni, bundan sonra pasiyentlərimizin müayinə və müalicə üçün özəl klinikalara və ya böyük tibb mərkəzlərinə üz tutmasına ehtiyac qalmır”.

 

Məlumat üçün bildirək ki, TƏBİB-in tabeliyində ilkin səhiyyə xidməti göstərən digər tibb müəssisələri də yaxın gələcəkdə və mərhələli şəkildə həmin cihazlarla təmin ediləcək.

 

Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində yararsız olan tibb avadanlıqlarının yeniləri ilə əvəz olunması, müasir standartlara uyğun tibbi cihazların quraşdırılması istiqamətində işlər davam etdirilir.

 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev