Tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi və məlumatların elektronlaşdırılmasına dair təlim keçirilib
22.05.2023 21:55

Bakı Baş Səhiyyə Mərkəzində ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, optimallaşdırılması və məlumatların elektronlaşdırılmasına dair təlim keçirilib.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, təlim İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin baş məsləhətçisi Samir Məmmədov tərəfindən keçirilib.

 

Elektronlaşdırma üzrə sistemin yaxın gələcəkdə bütün respublika üzrə tətbiq ediləcəyini bildirən agentliyin əməkdaşı S.Məmmədov bildirib ki, bu prosesin uğurlu icrası üçün belə təlimlərin keçirilməsi mütləq və zəruridir. Prosesin necə aparılacağı və diqqət edilməsi vacib məsələləri əyani olaraq tibb işçilərinin diqqətinə çatdıran mütəxəssis təlimdə eyni zamanda vətəndaşlara sağlamlıq, sürücülük və digər tibbi arayışların verilməsi zamanı elektron sistemdə onun qeydiyyatının düzgün aparılması barədə ətraflı məlumat verib.

 

Təlimdə, həmçinin məlumatların elektron sistemdə qeydiyyatı zamanı yarana biləcək çətinlik və problemlərlə bağlı müzakirələr aparılıb.

 

Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev