Rektor Gəray Gəraybəyli ATU-nu uğurla təmsil edən tələbələrlə görüşüb  
22.05.2023 16:43

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecədə çıxış edən tələbələrlə görüşüb.

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Görüş zamanı rektor “Heydər Əliyev İli” çərçivəsində həm universitetdə, həm də Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunan təntənəli musiqili tədbirlərdə iştirak edən, ATU-nu yüksək səviyyədə təmsil edən gənclərə təşəkkürünü bildirib. O, ATU tələbələrinin yalnız təhsil səviyyəsi ilə deyil, həm də yaradıcılıq bacarıqları ilə öndə olduğunu vurğulayıb: “Azərbaycan Tibb Universitetinin tələbələri sosial və ictimai baxımdan daim aktiv olublar. Bu gün universitet nəzdində fəaliyyət göstərən “Çinar” rəqs ansamblının 64 yaşı var və ölkə səviyyəsində tanınır. ATU-nun idman komandaları bir çox yarışlarda dəfələrlə yüksək yerlərə layiq görülüblər”.

 

Professor Gəray Gəraybəyli təhsil həyatının ağırlığına baxmayaraq yaradıcılıqla məşğul olmağa imkan tapan tələbələrə gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.

 

ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov isə bu tələbələrin fəaliyyətini dəstəklədiyinə görə universitetin rəhbərliyinə və şəxsən rektora təşəkkür edib. O, bədii gecədə çıxış edən tələbələrə pul mükafatının ayrılmasının gənclər üçün böyük stimul olduğunu bildirib.

 

Qeyd edək ki, bu yaxınlarda ATU tələbələri Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən təntənəli mərasimlərdə uğurla çıxış ediblər. Tədbirlərdə tələbələrimizin ifası və müşayiəti ilə müxtəlif xalq mahnıları səsləndirilib, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarxlar təqdim olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev