Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyasında Teymur Musayev Qoşulmama Hərəkatı adından Bəyanat səsləndirib
22.05.2023 14:01

Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyasında Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Qoşulmama Hərəkatı adından Bəyanat səsləndirib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən xəbər verilib.

 

Çıxışına Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsis olunmasının 75-ci ildönümü münasibətilə Qoşulmama Hərəkatına (QH) üzv ölkələr adından təbriklə başlayan səhiyyə naziri Teymur Musayev qeyd edib ki, QH üzv ölkələri hər bir insanın tibbi xidmətlərə çıxışının təmin edilməsinin mühüm məsələ olduğunu vurğulayır.

 

Qoşulmama Hərəkatı SARS-COV-2 pandemiyasının nəticələrinin uzun müddətdə idarə olunması üçün ÜST-lə əməkdaşlığa hazırdır. Hərəkat pandemiyanın təsirlərinin aradan qaldırılması üçün qlobal səylərin gücləndirilməsində mühüm rol oynayıb. Belə ki, peyvəndlərə bərabər, vaxtında və universal çıxışın təmin edilməsinə dair qətnamə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən qəbul edilib. Həmçinin QH üzv ölkələrin COVID-19-a qarşı tibbi və humanitar ehtiyaclarına dair məlumat bazası istifadəyə verilib. Hərəkat koronavirusa qarşı vaksin ianə edən ölkələrin səylərini yüksək qiymətləndirir.

 

Qoşulmama Hərəkatı 2 mart 2023-cü il tarixdə Bakıda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş COVID-19 a cavab olaraq pandemiyadan sonrakı qlobal canlanma üzrə Hərəkatın Təmas Qrupunun Sammit səviyyəli görüşünü alqışlayır.

 

QH üzv ölkələri səhiyyədə təhlükəsizlik və daha güclü səhiyyə sistemlərini təmin etmək üçün Universal Səhiyyə Əhatəliliyinə və 2030-cu ilə kimi səhiyyə ilə bağlı Davamlı İnkişaf Məqsədlərinə nail olmağa sadiqliyini bir daha ifadə edir.

 

Sonda Teymur Musayev QH-nın Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyasında iştirak edən dövlətlərin gələcək pandemiyalara daha hazırlıqlı olması üçün səhiyyədə effektiv tədbirləri prioritetləşdirməkdə həmrəyliyinə ümidvar olduğunu bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev