Ağır anemiya xroniki ürək çatışmazlığının səbəblərindən biridir - Uzman həkim
21.05.2023 08:23

Anemiya - qanın vahid həcmində hemoqlabinin miqdarının azalmasıdır ki, bu da öz növbəsində orqanizdə olan qanın azalmasına gətirib çıxarır.

 

Bu barədə Aztibb.az-a Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.

 

Həkim anemiya zamanı şikayətləri sadalayıb:
Taxikardiya
Təngənəfəslik
Rəngin avazıması
Başgicəllənmə
Baş ağrıları
Yorunluq
Tərləmə
Qulaqda küy
Nəbzin zəifliyi və tezləşməsi

 

Onun sözlərinə görə, qanazlığı ürək-damar sisteminə çox mənfi təsir edir. Ürək əzələsi (miokarda) vaxtından tez zəifləyir, qocalır.

 

C.Gülmalıyev bildirib ki, anemiya ürək xəstəliklərinin əksəriyyətində rast gəlinir və xəstəliyin gedişini ağırlaşdırır. Ağır anemiya xroniki ürək çatışmazlığının səbəblərindən biridir. Qanazlığı xroniki ürək çatışmazlığı xəstələrində mövcud simptomları artırmaqla yanaşı, həyat keyfiyyətinin aşağı salır və ölüm riskini 2 dəfə artırır.

 

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev