Mərkəzi Gömrük Hospitalında uşaq cərrahiyyəsi rezidentlərinin elmi toplantısı keçirilib  
20.05.2023 10:28

Uşaq cərrahiyyəsi rezidentlərinin növbəti elmi toplantısı Mərkəzi Gömrük Hospitalında baş tutub.

 

Bu barədə Aztibb.az-a Hospitaldan xəbər verilib.

 

Elmi toplantını giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Mərkəzi Gömrük Hospitalının mütəxəssislərarası təcrübə mübadiləsinin təşkil edilməsi istiqamətində olan fəaliyyətlərə daim dəstək verməyə hazır olduğunu bildirib.

 

Daha sonra t.ü.f.d., dosent Allahverdi Musayev çıxış edərək elmi toplantının Mərkəzi Gömrük Hospitalında yüksək səviyyədə təşkilinə görə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edib.

 

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə də öz növbəsində çıxış edərək, həyata keçirilən davamlı tibbi təhsil tədbirləri barədə geniş məlumat verib və tədbir iştirakçılarını Tibbi Xidmət İdarəsi tərəfindən təşkil olunan elmi tədbirlərdə aktiv iştirak etməyə dəvət edib.

 

Elmi toplantı zamanı K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Cavid Nağıyev “Ağciyər exinokokkozunun cərrahi müalicəsi”, Baku Medical Plazanın uşaq cərrahı Aqil Əbilov "Ureteropelvik darlıq” və Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi Vüsal Cəfərov “Kontrolateral sidik axarı reflüksü” mövzusunda təqdimatlarla çıxış ediblər.

 

Sonda rezidentləri maraqlandıran suallar cavablandırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev