Uşaqların icbari dispanserizasiyası təsdiq edilmiş müayinə cədvəlinə əsasən həyata keçirilir
19.05.2023 10:27

İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan profilaktik tibbi müayinələrə uşaqların icbari dispanserizasiyası və uşaqların ağız boşluğunun mütəmadi müayinəsi daxildir.

 

Agentlikdən Aztibb.az-a bildirilib ki, ilkin tibbi-sanitariya yardımı üzrə müayinələr uşaqların qeydiyyatda olduqları poliklinika və ya ailə sağlamlıq mərkəzlərində ödənişsiz aparılır. Profilaktik müayinələr uşaqların sağlamlıqlarının vaxtaşırı yoxlanılması, yarana biləcək xəstəliklərin erkən aşkarlanması, vaxtında müalicəyə cəlb olunmasına və xəstəlik inkişaf etmədən qarşısının alınmasına xidmət edir.

 

18 yaşadək uşaqların icbari dispanserizasiyası

 

İcbari dispanserizasiya uşaqların yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq təsdiq edilmiş müayinə cədvəlinə əsasən həyata keçirilir.  3 yaşa qədər uşaqlarda müayinələr il ərzində bir neçə dəfə, 3 yaşdan 18 yaşadək uşaqlarda isə ildə bir dəfə aparılır. Qeyd etməliyik ki, 3 yaşlı uşaqların həkim pediatr tərəfindən müayinəsi 6 aydan bir həyata keçirilir.

 

Uşaqların müayinəsi həkim-pediatr, oftalmoloq, otorinolarinqoloq (LOR həkimi), həkim-nevropatoloq, loqoped və stomatoloqlar tərəfindən aparılır. Profilaktik müayinələr zamanı uşaqların müxtəlif orqan və sistemlərinin, xüsusilə sinir sisteminin, çəkinin dinamikası və anadangəlmə inkişaf qüsurlarının aşkarlanması, danışıq, qamət, eşitmə, görmə və qulaq, burun, boğaz  orqanlarının yoxlanılması, uşağın fiziki və psixi inkişafına nəzarət və digər tibbi xidmətlər göstərilir. 

 

Müayinə zamanı ehtiyac yaranarsa, müvafiq ixtisas həkiminə əlavə müayinə-müalicə üçün göndərişlər verilir. Uşaqlar dispanserizasiya müayinəsinə həkimin çağırışı ilə gətirilir. Uşaqların tibb müəssisəsinə gətirilməsinə və dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməsinə görə məsuliyyəti onların valideynləri və digər qanuni nümayəndələri daşıyırlar.

 

Uşaqların ağız boşluğunun mütəmadi müayinəsi

 

Erkən yaş dövründə ağız boşluğunun sanasiyası (müayinəsi) uşaqların ağız boşluğunun gigiyenasını təşviq edən, uşağa dişlərinə düzgün qulluq etməyi öyrədən, həkimdən və stomatoloji alətlərdən qorxmadan vaxtında diş müayinəsinə gəlməyi sövq edən və nəticə etibarı ilə uşaqların ümumi sağlamlığına müsbət təsir göstərən müayinə metodudur.  

 

Uşaqlarda ağız boşluğunun sanasiyası ailə həkimi, sahə pediatrı, sahə terapevti tərəfindən aparılır. Müayinə zamanı ailə həkimi/sahə pediatrı/sahə terapevti uşağın yaş fiziologiyasına uyğun dişlərinin inkişafını qiymətləndirir, hər hansı xəstəliklə bağlı (yaralar-stomatit, aftoz yaralar, gingivit  — diş ətinin iltihabı xəstəliyi və s.) ağız boşluğunu sanasiya edir.   

 

İcbari dispanserizasiyadan keçiriləcək uşaqlara göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartlarına uyğun olaraq ağız boşluğunun müayinəsi ildə 1 dəfə həkim stomatoloq, həkim-cərrah, loqoped tərəfindən də aparılır. Bu zaman 2 yaşlı uşaqlarda süd dişi defektlərinin vaxtında aşkar edilməsi, 3 yaşlı uşaqlarda diş-çənə ilə bağlı müayinə, 4-5 yaşlı uşaqlarda dişdəki defektlərin vaxtında aşkar edilməsi, 1-6-cü sinif şagirdlərində dişlərdə kariyesin əmələ gəlməsi ilə bağlı müayinələr və 7-11-ci sinif şagirdlərində ağız boşluğunun sanasiyası aparılır.

 

Xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməli uşaq yaşında qoyulur. Bunu nəzərə alaraq, uşaqlar arasında xəstəliklərə səbəb olan risk faktorlarının vaxtında aşkar edilməsi və qarşısının alınması, kəskin və xronik xəstəlikləri olan uşaqların erkən aşkar edilməsi, onların müalicəsi və nəzarətə götürülməsi ilkin tibbi-sanitariya yardımının prioritet istiqamətlərindən biridir. Bu baxımdan uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi üçün onların profilaktik müayinələrdən keçirilməsi tövsiyə olunur.  

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA