Litva nümayəndə heyəti Xətai Tibb Mərkəzində olub
19.05.2023 10:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi (2-ci faza)" tvinninq layihəsi çərçivəsində Litva nümayəndə heyəti Azərbaycanda səfərdədir.
 
Səfər çərçivəsində layihənin ekspertləri Vyachelsvas Zaksas, Lina Norikene, Evelina Galciute, eləcə də TƏBİB-in Sığorta işinin təşkili şöbəsinin müdiri Fatiq Həsənov və Agentliyin Beynəlxalq əlaqələr departamentinin aparıcı məsləhətçisi Nigar Rüstəmovadan ibarət heyət Xətai Tibb Mərkəzində olub.
 
Bu barədə Aztibb.az-a Xətai Tibb Mərkəzindən xəbər verilib.
 
Nümayəndə heyətini mərkəzin direktoru Ələkbər Tağıyev qarşılayıb, sığortanın təşkili ilə bağlı qonaqları məlumatlandırıb və onları maraqlandıran suallara cavab verib.
 
Tərəflər sığortanın təşkili barədə fikir mübadiləsi aparıblar.
 
Sonda qonaqlar mərkəzdə tətbiq olunan sığorta sistemi ilə yerindəcə tanış olmaq üçün müəssisəni ekskurs ediblər.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev