ATU-nun Ağciyər xəstəlikləri kafedrasının əməkdaşları Türkiyədə beynəlxalq konqresdə iştirak ediblər
18.05.2023 11:18

Türkiyənin Antalya-Bələk bölgəsində Türk Toraks Dərnəyinin 26-cı beynəlxalq konqresi təşkil edilib. Beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Tibb Universitetinin (ATU) Ağciyər xəstəlikləri kafedrasının müdiri Rafiq Bayramov və kafedranın dosenti Ceyhun İsmayılzadə təmsil ediblər.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Kafedranın əməkdaşları "Dərmanlara davamlı ağciyər vərəmi və xroniki obstruktiv ağciyər xəstəliyinin komorbid gedişi" mövzusunda məruzələrini təqdim ediblər.  

 

Konqresdə dünyanın bir çox ölkələrindən (ABŞ, Böyük Britaniya, Çexiya, Polşa, İtaliya və s.) minə yaxın mütəxəssis, o cümlədən  dünyada ağciyər xəstəlikləri üzrə tanınmış bir sıra qurumların rəhbərləri və nümayəndələri pulmonologiyanın aktual problemlərinə dair məruzələrlə çıxış ediblər. İştirakçılardan Amerika Torakal, Avropa Respirator cəmiyyətlərinin rəhbərlərinin məruzələri xüsusi maraqla qarşılanıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev