Havalar dəyişkən keçən zaman səhhətimizə necə diqqət etməliyik? – Həkim məsləhəti
17.05.2023 10:33
Son günlərdə havanın anidən dəyişməsi, gah isti, gah soyuq keçməsi bəzi insanların səhhətinə mənfi təsir göstərir.
Kliniki Tibbi Mərkəzin həkim-terapevti Könül Bənənyarskaya Aztibb.az-a bildirib ki, havanın kəskin dəyişməsi sağlam olan insanlara neqativ təsir göstərmir. Lakin müəyyən qrup insanlar var ki, onlarda narahatlıqlar yarada bilir:
“Müəyyən qrup dedikdə bura uşaqlar, hamilə qadınlar, yaşlı və xroniki xəstəliyi olan insanlar aiddir. Havanın soyuqdan istiyə keçməsi zamanı insanlar birdən-birə yaz geyiminə keçir, hava qəfil soyuduqda isə onlar isti geyimdən istifadə etmirlər. Bu da onların sağlamlığına mənfi təsir göstərir. Öskürək, boğaz qıcıqlanması, nəfəsalmanın çətinləşməsi kimi hallar ortaya çıxır. Havaların dəyişkən keçməsinə adekvat olaraq bu cür insanların geyimlərinə və hava şəraitinə uyğun davranışlarına diqqət yetirmələri məsləhət görülür”.
Həkimin sözlərinə görə, ürək-damar sistemi, bronxial astma xəstəliyindən əziyyət çəkən insanlar da havanın kəskin dəyişməsi zamanı özlərini mütləq qorumalıdırlar. Çünki insanların bir çoxu oturaq həyat tərzi keçirir, uzun müddət kompüter qarşısında olur, bu da ürək-qan damar sisteminə mənfi təsir göstərir. Havanın qəfil dəyişməsi bəzi insanlarda stres yaradır. Bu stres ürək əzələsində olan qan dövranının pozulmasına gətirib çıxarır.
Terapevt qeyd edib ki, hava dəyişməsi zamanı insanlarda virus infeksiyaları və soyuqdəymə xəstəliklərinin də artması özünü göstərə bilir. Bronxial astma xəstəliyi, allergiyası olan insanlarda hava dəyişkənlikləri bir sıra narahatlıqlara səbəb olur. Məsələn, allergik katarakta, allergik rinit kimi xəstəliklər baş qaldırır. Bu cür hava şəraiti emosional insanlara da pis təsir edir, onlarda depressiya hallarının əmələ gəlməsi özünü göstərir. Belə hallarda emosional vəziyyəti stabil saxlamaq məsləhətdir.
Könül Bənənyarskaya belə hava şəraitində insanların geyimlərinə xüsusi diqqət yetirməli olduqlarını məsləhət görür:
“Bir həkim kimi məsləhətimiz budur ki, dəyişkən hava şəraitində insanlar ilk növbədə öz geyimlərinə, qida rasionlarına diqqət etsinlər. Həmçinin çox tərləmədən qorunmalıdırlar. Bu daha çox uşaqlara aiddir, çünki mövsümi hava dəyişkənlikləri ilə əlaqədar uşaqlarda qrip, soyuqdəymə infeksiyaları artır”.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

