“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” adlı mülki müdafiə məşqi keçirilib
17.05.2023 10:08
Abbas Səhhət adına xəstəxanada Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) rəhbər heyətinin “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda mülki müdafiə (MM) məşqi keçirilib.
 
Gəncə ŞBX-dan Aztibb.az-a verilən xəbərə görə, məşqdə FHN-nin Gəncə Regional Mərkəzinin Mülki müdafiə şöbəsinin əməkdaşları iştirak ediblər.
 
Məşqin keçirilməsində məqsəd rəhbər heyətin və MM qüvvələrinin fövqəladə hadisələr zamanı fəaliyyət göstərməyə hazırlıq səviyyəsini müəyyən etmək, işçilərin fövqəladə hadisələr zamanı davranış qaydaları üzrə biliklərini artırmaqdır. Eləcə də MM sahəsində normativ sənədlərin tələblərinə əməl olunmasının və MM idarəetmə orqanlarının fövqəladə hallar üzrə komissiyalarının fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və operativ olaraq yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılmasıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır