"Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
17.05.2023 10:06
“Həkimlərimizi tanıyaq!” rubrikamızda saytımızın oxucularına zəngin iş təcrübəsinə malik peşəkar həkim, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında direktor v.i.e. Tarix İslamov haqqında məlumatları təqdim edirik.
 
Tarix Həbib oğlu İslamov 27 avqust 1960-cı ildə Kürdəmir rayonun Qaraqocalı kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub, 1983-cü ildə bitirib və həmin ildə Mingəçevir Şəhər Xəstəxanasında internatura keçib.
 
O, 1984-cü ildən Muradxan həkim məntəqəsinin baş həkimi təyin edilib. 2000-ci ildə 4 ay müddətində anestezioloq-reanimatoloq sahəsində ixtisasdəyişmə kursu keçib.
 
Tarix İslamov 2000-ci ildə Kürdəmir Rayonu Mərkəzi Xəstəxanasında anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərib. 2020-ci il sığortanın tətbiqinə başlanıldıqdan sonra işçi qrupunun rəhbəri olub. Eyni zamanda, Sığortanın təşkili və innovasiya şöbəsinin müdiri işləyir. O, 2021-ci ilin oktyabr ayından Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsini icra edir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır