"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üçün Potensialın Gücləndirilməsi Proqramı”nın ikinci hissəsi yekunlaşıb
15.05.2023 19:20

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının tərəfdaşlığı çərçivəsində həyata keçirilən “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üçün Potensialın Gücləndirilməsi Proqramı”nın ikinci hissəsi yekunlaşıb.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən xəbər verilib.

 

Tədbirdə ADA Universitetinin icraçı prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov, ADA Universitetinin İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova iştirak ediblər.

 

İxtisasartırma Proqramları tərəfindən təşkil olunan və ötən ilin noyabr ayından başlayaraq 5 ay davam edən təlim proqramında Agentliyin və TƏBİB-in 117 əməkdaşı iştirak edib.

 

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov təlim kursunu bitirən əməkdaşları təbrik edib:

 

“Bu gün TƏBİB-in beynəlxalq təşkilatlarla və xarici ölkələrlə əlaqələri intensiv şəkildə genişlənir. Eyni zamanda lokal və beynəlxalq tədbirlərin təşkili, layihələrin icrası istiqamətində ardıcıl işlər görülür. İnanıram ki, “Potensialın Gücləndirilməsi Proqramı” çərçivəsində təşkil edilən təlimlərdə iştirak edən bütün həmkarlarımız öz peşəkar bacarıqlarını təkmilləşdirib, yeni biliklərə yiyələniblər və bu biliklər onların sadaladığım istiqamətlər üzrə xidməti fəaliyyətinə öz töhfəsini verəcək. Agentlik və ADA ilə əməkdaşlıq çərçivəsində keçirilən bu təlimdə TƏBİB əməkdaşlarının da iştirakı qurumumuz üçün böyük əhəmiyyət kəsb edir”.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev