Xəstə üzərində aparılan diafraqma yırtığının bərpası əməliyyatı uğurla nəticələnib - Kliniki Tibbi Mərkəz
15.05.2023 11:33
İki il öncə keçirdiyi avtoqəza nəticəsində travma almış xəstə nəfəs darlığı, sinə ağrısı və öskürək şikayəti ilə Kliniki Tibbi Mərkəzin Torakal Cərrahiyə şöbəsinə müraciət edib. Müraciət edən xəstədə sağ tərəfli, böyük həcmli diafraqma yırtığı olduğu aşkarlanıb. Xəstə üzərində diafraqma yırtığının bərpası əməliyyatı uğurla icra olunub.
 
Bu barədə Aztibb.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
 
Bildirilib ki, Torakal cərrahiyyə şöbəsinin müdiri Fəhmin Əmirov və Ümumi cərrahiyyə şöbəsinin müdiri Nazim Həsənovun iştirakı ilə xəstəyə sağ tərəfli torakotomiya (qabırğalararası sahədən yarmaqla) ilə diafraqma yırtığının bərpası əməliyyatı baş tutub. İki saat davam edən əməliyyat uğurla nəticələnib.
 
Əməliyyatdan dörd gün sonra xəstədə heç bir ağırlaşma olmadığı üçün evə buraxılıb.
 
Məlumat üçün bildirək ki, əməliyyat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfində mövcud olduğu üçün ödənişsiz şəkildə həyata keçirilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev