Moskva Hökumətinin Səhiyyə Departamentinin nümayəndə heyəti ATU-da qonaq olub
13.05.2023 18:32

Moskva Hökumətinin Səhiyyə Departamentinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.

 

Aztibb.az-a ATU-dan verilən məlumata görə, Universitet rəsmiləri ilə görüşdə qarşılıqlı əlaqələrin inkişafı, birgə layihələrin icrasının mümkünlüyü ilə bağlı müzakirələr aparılıb.

 

Nümayəndə heyəti ilə görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetin genişlənən beynəlxalq əlaqələri, tədris strukturunda tətbiq olunan ciddi dəyişikliklərlə bağlı qonaqlara ətraflı məlumat verib. Rektor G.Gəraybəyli artıq ATU-nun 3 ixtisasının Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR) akkreditasiyasından keçdiyini bildirərək bu addımın universitetin beynəlxalq nüfuzunun artmasına, daha çox tanınmasına müsbət təsirindən danışıb.

 

Moskva Hökumətinin Səhiyyə Departamenti başçısının müavinləri Səidə Hacıyeva və İlya Tırov təmsil etdikləri qurumun fəaliyyəti haqqında məlumat veriblər. Qonaqlar qarşılıqlı əməkdaşlığın perspektivləri barəsində fikirlərini açıqlayıblar. Birgə elmi layihələr və tədqiqatlar sahəsində əməkdaşlıq, ikitərəfli mübadilə səfərlərinin həyata keçirilməsinə dair təkliflər səsləndirilib.

 

Sonra nümayəndə heyətinin üzvləri ATU-nun Tədris Cərrahiyyə Klinikasını ziyarət ediblər. Klinikanın direktoru dosent Mücahit Avcıl ilə görüş zamanı bəzi istiqamətlərdə elmi tədqiqatların aparılması üçün təcrübə mübadiləsinin gücləndirilməsi ilə bağlı müəyyən addımların atılmasının zəruriliyi vurğulanıb.

 

Moskva Hökumətinin Səhiyyə Departamentinin nümayəndə heyəti ATU-nun professor-müəllimləri və həkimlərlə görüşündə mütəxəssislərin bacarıqlarının artırılması üçün təhsil proqramlarının, ən son elmi tədqiqatlara əsaslanan klinik protokolların hazırlanması və digər birgə layihələrin işlənilməsi ilə bağlı müzakirələr aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev