Uzman cərrah İlkin Həşimov - Peşəkar həkimlərimizi tanıyaq!
14.05.2023 11:07

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir. 

 

Rubrikamızda bu dəfə Abşeron Rayon Mərkəzi Xəstəxanasında Cərrahiyyə şöbəsinin müdiri, uzman cərrah İlkin Həşimov haqqında məlumatları diqqətinizə çatdırırıq.

 

İlkin Həşimov 2003-2009-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2010-cu ildə Abşeron Rayon Mərkəzi Xəstəxanasında internatura keçib. 2012-2017-cu illərdə Ankara Universiteti Tibb fakültəsində Ümumi Cərrahiyyə ixtisası üzrə uzmanlıq təhsili alıb.

 

O, 2017-2019-cu illərdə Milana hospitalda,
2019-2023-cü illərdə Medika hospitalda ümumi cərrah vəzifəsində çalışıb. 2023-cü ilin aprel ayından etibarən Abşeron Rayon Mərkəzi Xəstəxanasında Cərrahiyyə şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirir.


Həkim bir sıra beynəlxalq jurnal və dərgilərdə elmi məqalələri dərc etdirib. Həmçinin müxtəlif kurs və seminarların iştirakçısı olub.

 

İlkin Həşimov qarın boşluğunun açıq və laparoskopik əməliyyatları, mədə kiçiltmə, onkoloji və s. kimi əməliyyatlar icra edir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev