Hərbi tibb xidmətinin Türkiyə modelinə uyğunlaşdırılması məsələsi müzakirə olunub
12.05.2023 15:57

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Türkiyə Milli Müdafiə Nazirliyinin Tibb Xidməti rəisinin müavini, tibb xidməti general-mayoru Durmuş Aydəmirin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Tibb İdarəsində olub.

 

Aztibb.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firudin Nəbiyev qonaqlara Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, xüsusilə Vətən müharibəsində hərbi tibb personalının fəaliyyəti barədə ətraflı məlumat verib.


Görüşdə hərbi tibb xidmətinin Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində tərəfləri maraqlandıran suallar müzakirə olunub.

 

Qonaqlar, həmçinin Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Hərbi Poliklinika, Mərkəzi Stomatoloji Poliklinika, Sanitar-Epidemioloji Nəzarət Mərkəzi, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi ilə tanış olub, hərbi tibb sahəsində xidmət edən həkimlərin fəaliyyətlərini izləyiblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev