Lənkəranda 150 uşaq Bakıdan dəvət olunmuş ixtisaslı həkimlər tərəfindən müayinə olunub
12.05.2023 12:05

10-11 may tarixlərində Lənkəran Rayon Mərkəzi Xəstəxanasında (Lənkəran RMX) icbari tibbi sığorta çərçivəsində 18 yaşadək uşaqların tibbi müayinəsi keçirilib.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Aztibb.az-a verilən xəbərə görə, tibbi müayinənin keçirilməsində əsas məqsəd uşaqların sağlamlığını qorumaq, fiziki inkişafını təmin etmək və sağlamlıqla bağlı problemlərini ilkin mərhələdə aşkar edərək əlillikdən, xəstəliklərdən mühafizə etmək olub.

 

Müayinələrdə böyük əksəriyyəti Lənkəran rayonundan olmaqla Lerik və Astara rayonlarından olan 150 nəfər azyaşlı sakin iştirak edib.

 

Funksional diaqnostik müayinələrdən sonra ixtisaslı həkimlər tərəfindən 4 nəfər dəqiqləşdirilmiş virus qızdırması ilə stasionar yatış üçün Respublika Uşaq Klinik Xəstəxanasına göndərilib. Kardioloji müayinə zamanı 6 uşağın ürəyində qüsurlar aşkarlanıb. Onlardan ikisi əməliyyata göstərişin olub-olmamasını dəqiqləşdirmək üçün əlavə müayinələr üçün Bakıya dəvət olunub.

 

Yüngül ürək qüsuru olan üç nəfərin isə mütəmadi həkim nəzarəti altında qalmaları tövsiyə olunub. Həmçinin qasıq yırtığı diaqnozu qoyulan iki aylıq uşağa əməliyyat təyin olunub, 2 uşağa otorinolarinqoloq və nevroloqun müayinəsi tövsiyə olunub.

 

Bundan başqa, medikamentoz müalicəyə ehtiyacı olan 50-yə yaxın uşağa reseptlər yazılıb. Valideynlərə uşaqların sağlam inkişafı üçün vacib olan məsləhətlər verilib, immunoprofilaktika tədbirlərinin xəstəliklərin fəsadlarının aradan qaldırılması baxımından əhəmiyyəti izah olunub.

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev