Pankreas xərçəngi üçün mRNA texnologiyası ilə hazırlanmış peyvənd: 50 faiz müvəffəqiyyətlidir!
13.05.2023 16:20

mRNA texnologiyası ilə hazırlanmış peyvənd mədəaltı vəzi xərçəngi olan xəstələrə tətbiq edilib. Xəstələrin yarısında T hüceyrələrində, xəstəliklə mübarizədən məsul olan ağ qan hüceyrələrində artım olub. Tədqiqatçıların dediyinə görə, bu xəstələrin heç birində 18 aylıq təqib zamanı xərçəngin təkrarlanması halı baş verməyib.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

Peyvəndin hazırlanması beynəlxalq layihədir və bu layihəni Nyu-Yorkdakı Memorial Sloan Kettering Xərçəng Mərkəzinin həkimləri Almaniyadan BioNTech və İsveçrənin Roche əczaçılıq şirkəti ilə işləyirlər.

 

Araşdırma üçün tədqiqatçılar ondan çox xəstənin şişlərindən hüceyrələr toplayıblar. Onlar nümunəni Almaniyaya göndəriblər, burada BioNTech laboratoriyaları xərçəng hüceyrələrini analiz edib. Elm adamları daha sonra həmin şəxsin xərçəngindəki zülalları hədəf alan mRNT peyvəndi hazırlayıblar.

 

Xəstə peyvənd olunduqdan sonra orqanizmi onun immun sistemini işə salacaq və zülalları aradan qaldıracaq bir versiyasını yaradacaq.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev