Araşdırma: Gender ayrı-seçkiliyi beyinə təsir edir
14.05.2023 10:12

Bir araşdırmaya görə, uşaqlıqda cinsi ayrı-seçkilik beynin hissələrini nazikləşdirə bilər.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, dünyanın müxtəlif ölkələrindən nevroloqlar, psixoloqlar və psixi sağlamlıq mütəxəssisləri də daxil olmaqla elm adamları uşaqlıqda cinsiyyətlərinə görə fərqli münasibət və davranışlara məruz qalan qadınların beyninə cinsi ayrı-seçkiliyin mümkün təsirlərini araşdırıblar.

 

Araşdırmada, 29 ölkədən MRT (Maqnit Rezonans) olan 7 min 876 adamın sağlamlıq məlumatları araşdırılıb.

 

Məlumatları təhlil edilən insanların sosial vəziyyəti və akademik mənşəyi nəzərə alınmaqla, tədqiqatda öz ölkələri ilə bağlı qadınlar arasında gender ayrı-seçkiliyinin dərəcəsini təsvir etmək üçün istifadə edilən bərabərsizlik göstəriciləri də müzakirə edilib.

 

Belə nəticəyə gəlinib ki, bərabərsizlik göstəricisi yüksək olan ölkələrdən olan qadınların üç beyin bölgəsi bərabərsizlik göstəricisi aşağı olan ölkələrin qadınlarından daha nazikdir.

 

Bərabərsizlik göstəricisi artdıqca beynin sözügedən hissələrinin incəlməsinin artdığını qeyd edən araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev