Hitit Universitetində plastikə alternativ olaraq kanserogen olmayan maddə hazırlanıb
13.05.2023 10:05

Çorum Hitit Universitetində həyata keçirilən "Yenilənə bilən biokütlədən selüloz və qrafen qatqılı PLA bioplastiklərinin istehsalı" layihəsi çərçivəsində kanserogen olmayan və bioloji parçalana bilən plastik material hazırlanıb.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla bildirir ki, layihə çərçivəsində dosent Filiz Boranın rəhbərliyi altında 1,5 illik Ar-Ge və laboratoriya işlərindən sonra sənayedə, xüsusilə qida və oyuncaq sektorunda istifadə olunan plastiyi əvəz edə biləcək xammal hazırlanıb.

 

Yeni məhsulda "möcüzə materialı" olaraq xarakterizə edilən qrafendən istifadə etdiklərini bildirən F.Boran, istehsal etdikləri xammalın həm 3D printerlərdə, həm də inyeksiya qurğularından istifadə edilərək sənaye müəssisələrində kütləvi istehsalda istifadə oluna biləcəyini vurğulayıb.

 

Türkiyədə qrafen əsaslı xammal istehsalının olmadığını qeyd edən Boran, Türkiyədə ilk dəfə daha ucuz və yerli istehsalın həyata keçirilməsini təmin etdiklərini bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev